
- A-
- A
- A+
Cəmiyyət
12:07 / 26.06.2024
1 dəq oxunma
50 nömrəli avtobusun sürücüsündən özbaşınalıq: "Nağd pulun yoxdursa, düş" – VİDEO
Hazırda oxunan: 50 nömrəli avtobusun sürücüsündən özbaşınalıq: "Nağd pulun yoxdursa, düş" – VİDEO
199104
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Paytaxtın Suraxanı rayonu Yeni Günəşli qəsəbəsinin sakinlərinin marşrutla bağlı problemi yaranıb.
Bizim.Media Baku.ws-ə istinadən xəbər verir ki, sakinlər ərazi üzrə təyin edilmiş 50 nömrəli marşrut avtobusunun sürücüsündən şikayətçidirlər.
Sakinlər qeyd ediblər ki, avtobus 40-45 dəqiqə intervalla hərəkət edir. Bununla yanaşı, sözügedən marşrut xəttinin sürücüsü sərnişinlərlə kobud rəftar edir.
Avtobusda "BakıKart"la ödəniş üçün aparat yerləşdirilsə də, işləmir. Sürücü sərnişinlərdən nağd ödəniş etməyi tələb edir, bunu etmək istəməyənləri isə avtobusdan düşürür.
Bəzi sərnişinlər gediş haqqını sürücünün arxasında əyləşən şəxsə verirlər.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən




































































































