Sosial Xidmətlər Agentliyi 20 uşağı himayədar ailələrə verib

Sosial Xidmətlər Agentliyi 20 uşağı himayədar ailələrə verib

Hazırda oxunan: Sosial Xidmətlər Agentliyi 20 uşağı himayədar ailələrə verib
198469
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi 20 uşağı himayədar ailələrə verib.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, onlardan 5-i oğlan, 15-i qızdır.

Qeyd olunub ki, nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb.

Uşaqlardan 10-u Bakı şəhərində, 10-u rayonlarda (o cümlədən 2-si Lənkəranda, 1-i Cəlilabadda, 1-i Ağcabədidə, 1-i Biləsuvarda, 1-i Zaqatalada, 1-i Gəncədə, 1-i Göyçayda, 1-i Şamaxıda, 1-i Xaçmazda) yaşayan himayədar ailələrə verilib.

Himayədar ailələrə himayəyə götürdükləri 6 yaşadək uşağa görə 355 manat (əlilliyi müəyyən edilmiş uşaq olduqda 395 manat), 7-13 yaş arası uşağa görə 375 manat (əlilliyi müəyyən edilmiş uşaq olduqda 415 manat), 14-18 yaş arası uşağa görə 395 manat (əlilliyi müəyyən edilmiş uşaq olduqda 435 manat) aylıq müavinət verilir.
Himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün həmin ailələr hər rübdə bir dəfə hər uşağa görə 200 manat birdəfəlik müavinətlə də təmin edilirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO