Bakıda bu avtoservisin fəaliyyəti dayandırıldı – FOTO/VİDEO

Bakıda bu avtoservisin fəaliyyəti dayandırıldı – FOTO/VİDEO

Hazırda oxunan: Bakıda bu avtoservisin fəaliyyəti dayandırıldı – FOTO/VİDEO
197086
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Bakının Yasamal rayonunda yerləşən yanğın təhlükəli avtoservisin fəaliyyətini dayandırıb.

FHN-dən Bizim.Media-ya verilən məlumata görə, Xidmət tərəfindən “FS Avto” MMC-yə məxsus “Ayaz” avtoservisində yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Belə ki:

- avtoservisdə propan tipli qaz balonlarından istifadə edilir;

- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb və elektrik xətləri yanar materialların üzəri ilə çəkilib;

- avtoservisin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb;

- avtoservisin daxilində layihədən kənar taxta konstruksiyadan ibarət tikililər inşa edilib;

- təxliyə planı işlənib hazırlanmayıb;

- avtoservisin ərazisində yanğın su hovuzu mövcud deyil;

- obyekt daxili yanğın su kranları və avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu ilə təchiz edilməyib;

- avtoservisin daxili yanar-sürtgü materiallardan təmizlənməyib;

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Yasamal rayonunda yerləşən “FS Avto” MMC-yə məxsus “Ayaz” avtoservisinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO