"Qohum evliliklərinə qadağaya qarşı alternativ yollar axtaranların sayı artacaq" - Deputat 

Hazırda oxunan: "Qohum evliliklərinə qadağaya qarşı alternativ yollar axtaranların sayı artacaq" - Deputat 
196772
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Ailə Məcəlləsində qohum evlilikləri ilə bağlı hissə əgər əmiuşaqlarının, bibiuşaqlarının evlənməsini qadağan edən maddədirsə, burada dini məsələlər, milli dəyərlərimiz və insanların hüquq və azadlıqları iki qütbə ayrılır”. 

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında deputat Rəşad Mahmudov deyib. 

O qeyd edib ki, bu cür evlilikləri qadağan etmək, bəlkə də, beynəlxalq hüquq səviyyəsində suallar, problemlər yarada bilər. 

“Düşünürəm ki, bu məsələdə insanları maarifləndirərək, bilgi verərək mane ola bilərik. Fikrimcə, buna əngəl və qadağa qoymaqla, əksinə, bu fikrə qarşı gələnlərin, alternativ yollar axtaranların sayı artacaq”, - deyə R.Mahmudov qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO