
- A-
- A
- A+
Cəmiyyət
11:37 / 25.10.2017
Tanınmış cərrah: İndi uşaqları stomatoloqlar sünnət edir
Hazırda oxunan: Tanınmış cərrah: İndi uşaqları stomatoloqlar sünnət edir
196407
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
"Azərbaycanda sünnəti cərrahlar etsə, dərd yarı, stomatoloq, dermatoloq, hətta terapevt də sünnət edir. Deyir, 100 uşağı etmişəm, heç nə olmayıb. 100-də olmayıb, 101-də ola bilər. Elə bir patologiya, vəziyyət yaranar ki, uşağı xilas edə bilməzsən. O bir səhv bir uşağın gələcək həyatını təhlükəyə atacaq".xa0
Bunu bir çox əməliyyatları ilə uşaq cərrahiyyəsində kifayət qədər uğurlar qazanan Mərkəzi Klinikanın Uşaq cərrahiyyəsi şöbəsininxa0 uroloq cərrahı Fuad Hüseynov Medicina.az-a müsahibəsində deyib.
Uroloq cərrah uşaq sağlamlığı ilə bağlı çox aktual məsələlərə toxunub: "XXI əsrdə sünnətin, təbii ki, əməliyyatxanada, steril şəraitdə, komfortlu şəkildə və cərrah tərəfindən icrası daha məqsədəuyğundur, nəinki evdə, həyətdə və s. İndi dəbdir ”“ lazerlə qansız sünnət reklamı gedir. Bu, bir uydurmadır. Dünyada belə bir texnika yoxdur ki, hər hansı orqanı, dərini kəsəsən, qan çıxmaya. Lazer sünnəti deyilən fikir absurddur.xa0
Sünnət ”“ uşaq uroloqu və uşaq cərrahı tərəfindən icra olunmalıdır. Valideynlər uşaq cərrahı ilə ümumi cərrahı ayırd etməyi öyrənməlidir. Belə görürəm ki, bu vəziyyət hələ bir müddət davam edəcək və nə yazıq ki, belə səhvlər nəticəsində uşaq ölümlərinin sayı da azalmayacaq.xa0
Hələ də həkimlər əməliyyat, xəstə əldən çıxmasın deyə, valideynləri aldadır. Bu isə həkimlik yox, dəllallıqdır. Qarşımızda əngəllər çoxdur. Yaşlı nəsil gerçəkdən işini bilən gənc kadrları qəbul etməyənə qədər bütün çabalarımız əbəsdir".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































