Şamaxıda Hava Şarları Festivalı keçirilir - FOTO/VİDEO

Şamaxıda Hava Şarları Festivalı keçirilir - FOTO/VİDEO

Hazırda oxunan: Şamaxıda Hava Şarları Festivalı keçirilir - FOTO/VİDEO
196353
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İyunun 8-9-da Şamaxıda növbəti Hava Şarları Festivalı (Balloon Festival) keçirilir.

Bizim.Media xəbər verir ki, bu gün səhər saatlarında festival çərçivəsində müxtəlif forma və dizaynda hava şarlarının Meysəri kəndi üzərində uçuşu olub.

Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “EZONE” şirkəti tərəfindən təşkil olunan Hava Şarları Festivalının əsas məqsədi ölkəmizin, o cümlədən festivalın təşkil olunduğu Şamaxı rayonunun turizm potensialına töhfə verməkdir.

Hava şarlarında turist uçuşları hələ ki, həyata keçirilmir. Lakin yerli pilotların beynəlxalq mütəxəssislərlə birgə həyata keçirdiyi nümayiş uçuşlarını Meysəri kəndi ərazisindən hər kəsin seyr etmək imkanı var.

Saat 16:00-dan isə festivalın bədii proqramı start götürüb. “iTicket.az” saytı vasitəsilə tədbirdə qeydiyyatdan keçən şəxslər axşam saatlarınadək Meysəri kəndindəki “Şirvan Şərabları” kompleksi ərazisində rəngarəng əyləncə və konsert proqramını izləyə biləcəklər. 

Əyləncə proqramında fərqli uşaqlar üçün ustad dərslərində iştirak etmək, müxtəlif kafe və restoranların iştirakı ilə təşkil edilən yemək zonalarına qatılmaq olar.
 


Şamaxıda Hava Şarları Festivalı keçirilir - FOTO/VİDEO - foto 1
Şamaxıda Hava Şarları Festivalı keçirilir - FOTO/VİDEO - foto 2
Şamaxıda Hava Şarları Festivalı keçirilir - FOTO/VİDEO - foto 3


Şamaxıda Hava Şarları Festivalı keçirilir - FOTO/VİDEO - foto 4
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO