Bağça müdiri vəzifəsinə qəbul üçün müsahibə mərhələsi BAŞLAYIR 

Bağça müdiri vəzifəsinə qəbul üçün müsahibə mərhələsi BAŞLAYIR 

Hazırda oxunan: Bağça müdiri vəzifəsinə qəbul üçün müsahibə mərhələsi BAŞLAYIR 
195432
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Məktəbəqədər təhsil müəssisələrinin müdiri vəzifəsinə qəbul üçün müsahibə mərhələsinə start verilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb. 

Bildirilib ki, məktəbəqədər təhsil müəssisələrinin müdiri vəzifəsinə qəbul üçün test imtahanı mərhələsindən uğurla keçmiş 177 nəfər müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.

Müsahibə mərhələsi 3-6 iyun tarixlərində keçiriləcək. Müsahibələrin keçiriləcəyi vaxt və məkan barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. 

Bu məhələdə namizədlərə ünsiyyət və təqdimatetmə, liderlik, idarəetmə bacarıqları, həmçinin məktəbəqədər təhsil sahəsində pedaqoji və metodiki hazırlıq səviyyəsinin ölçülməsinə dair suallar verilir. Qeyd edək ki, bağça müdirlərinin işə qəbulu prosesi mərkəzləşdirilmiş müsabiqə əsasında həyata keçirilir, bütün namizədlərə bərabər imkanlar yaradılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO