Şəhid ailələri və qazilər “Bakı Metropoliteni”ndən şikayət etdi: “İşıqlarımızı qanunsuz olaraq kəsiblər…”

Şəhid ailələri və qazilər “Bakı Metropoliteni”ndən şikayət etdi: “İşıqlarımızı qanunsuz olaraq kəsiblər…”

Hazırda oxunan: Şəhid ailələri və qazilər “Bakı Metropoliteni”ndən şikayət etdi: “İşıqlarımızı qanunsuz olaraq kəsiblər…”
195076
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Bakı Metropoliteni”nin “20 Yanvar” stansiyasının keçidində çalışan əsasən şəhid ailələri, Qarabağ müharibəsi veteranları və qazi ailələrindən ibarət olan sahibkarlar metropoliten rəhbərliyindən narazılıq edirlər.

Bizim.Media xəbər verir ki, bu barədə Demokrat.az-ın redaksiyasına şikayət daxil olub.

Sahibkarlar bildirirlər ki, “Bakı Metropoliteni” QSC tərəfindən işıqları qanunsuz şəkildə kəsilib.

Məsələni aydınlaşdırmaq üçün “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədovla əlaqə saxladıq.
O, Demokrat.az-a açıqlamasında bildirdi ki, metronun “20 Yanvar” stansiyasının keçidində bəzi obyektlərdə elektrik enerjisinin dayandırılması texniki nasazlıqlara görə baş verib:

“Məsələ göründüyü kimi deyil. Həmin sahibkarlara qarşı heç bir qərəz yoxdur. Problem sadəcə olaraq texniki təhlükəsizlik məsələləri ilə bağlıdır. Bu da metro istifadəçiləri üçün risk yaratdığına görə elektrik enerjisinin verilməsində müvəqqəti fasilə yaranıb. Problem araşdırılıb aradan qaldırılacaq. Nəticə barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO