"TikTok"da "kreditə qızıl satan" şəxsə HÖKM OXUNDU

Hazırda oxunan: "TikTok"da "kreditə qızıl satan" şəxsə HÖKM OXUNDU
194409
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"TikTok" sosial şəbəkəsində "faizə pul verilir", "ucuz qiymətə qızılların satışı" səhifələrinin admininə hökm oxunub.

Bizim.Media qaynarinfo-ya istinadən xəbər verir ki, 1995-ci ildə Bakı şəhərində anadan olmuş Kənan Bədirli tanımadığı vətəndaşlara qarşı dələduzluq edib. O, faizə pul vermək və ya qızıl satmaq adı ilə vətəndaşları aldadaraq, kart məlumatlarını əldə edib və pullarını ələ keçirib.

Kənan "TikTok"da 5000 manat faiz ödəməklə 50 000 manat məbləğində pulu 10 il müddətinə kredit verməsini elan edib. Bu yolla o, Firuzə adlı qadının 1851 manatını, Mingəçevir Mərkəzi Xəstəxanasında tibb bacısı işləyən qadının 1552 manatını, Ucar rayonu Yuxarı Şilyan kəndində Azərbaycan dili və ədəbiyyat fənnini müəllimi işləyən şəxsin 5000 manat pulunu mənimsəyib.

Onların bəzilərinə özünü "TBC Bank"ın əməkdaşı kimi təqdim edib.
O, həmçinin "TikTok" sosial şəbəkəsində "ucuz qiymətə qızılların satışı" səhifəsi yaradaraq bu yolla müxtəlif insanları aldadıb, 8800 manatdan çox pulu mənimsəyib.

Məhkəmənin qərarı ilə Kənan Bədirli Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib və 3 il 10 ay müddətə azadlıqdan məhrum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO