Bakıda müştəri hesaba görə restoran işlədən qadının burnunu sındırdı

Bakıda müştəri hesaba görə restoran işlədən qadının burnunu sındırdı

Hazırda oxunan: Bakıda müştəri hesaba görə restoran işlədən qadının burnunu sındırdı
193743
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Nizami rayonu, Qara Qarayev prospekti 102 ünvanında yerləşən "Beer Coin Pub" adlı restoranda dava düşüb.

Bizim.Media qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə ilə bağlı 1992-ci ildə Bakı şəhərində anadan olmuş Rəşad İsmayılov (şərti) saxlanılıb.

Dava zamanı Rəşad "Beer Coin Pub"ın icarədarı Mehriban adlı qadını döyüb. Belə ki, o, Vüsalə adlı tanışı ilə sözügedən restorana gedərək bir neçə bakal pivə və bir energetik içki içib. Mehriban kassada onlardan 76 manat hesab istəyib.

Əvvəlcə Vüsalə bir neçə bakal pivə və bir energetik içkiyə görə 76 manatın çox olduğunu bildirib. Bu zaman Rəşad yumruqla sonuncunun sifət nahiyəsinə vuraraq, burnunu sındırıb.

Rəşad məhkəmədə qadını vurmasını səbəbini belə izah edib: "Hesabı çox istəyirdi..."

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 1000 manat cərimə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO