Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər TƏQDİM OLUNACAQ

Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər TƏQDİM OLUNACAQ

Hazırda oxunan: Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər TƏQDİM OLUNACAQ

192730

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim olunacaq.

Bizim.Media bu barədə report.az-a istinadən xəbər verir.

Komissiyanın üzvü, Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, Komissiyasının bu il indiyədək 5 iclası keçirilib:

"Növbəti iclas isə mayın 22-nə təyin olunub. Həmin iclasdan sonra daha bir toplantının da keçirilməsinə ehtiyac ola bilər".

R.Məcid qeyd edib ki, ötən müddətdə Komissiyaya ümumilikdə 5 minə yaxın müraciət daxil olub: "Qaydalara uyğun olan müraciətlərin sayı isə təxminən 500-ə yaxın idi. Hər iclasda təxminən 100 müraciətə baxılır, səsvermədən sonra qərar qəbul olunur".

Onun sözlərinə görə, əfv müraciətlərinin sırasında ağır cinayətlərdən tutmuş, ehtiyatsızlıqdan törədilən cinayətlərə qədər var:

"Bütün müraciətlərə, o cümlədən əcnəbilərin və qadınların əfv üçün müraciətlərinə baxılır, hər biri ətrafında geniş müzakirələr aparılır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO