Gecəyə doğru külək səngiyəcək

Gecəyə doğru külək səngiyəcək

Hazırda oxunan: Gecəyə doğru külək səngiyəcək
19247
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Bu gün müşahidə edilən küləkli hava şəraiti Bakı üçün səciyyəvidir".

Bizim.Media-nın xəbərinə görə, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bu gün paytaxtda müşahidə olunan küləkli hava şəraitini şərh edərkən bildirib.

O qeyd edib ki, Qara dənizdən Zaqafqaziyaya doğru uzanan antisiklon küləyin güclənməsinə səbəb olub.

Hazırda Bakıda və Abşeron yarımadasında şimal küləyinin 20- 27 m/s-dək güclənməsi müşahidə edilir. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,5 metrdir:

"Avtomat monitorinq stansiyalardan əldə olunan məlumata görə, küləkli hava şəraiti nəticəsində havada tozun miqdarı normadan 1,8 dəfə artıqdır."

"Gün ərzində küləkli hava şəraiti davam etsə də, axşam və gecəyə doğru külək səngiyəcək, bu da havada olan tozun azalmasına səbəb olacaq”.

Xidmət rəsmisinin sözlərinə görə, yaxın üç gün ərzində Bakıda və Abşeron yarımadasında 8-13 m/s, arabir 15-18 m/s şimal istiqamətli küləyin üstünlüyü gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO