İrandan Azərbaycana 61 kiloqram narkotik gətirən qohumlar saxlanıldı – FOTO/VİDEO 

İrandan Azərbaycana 61 kiloqram narkotik gətirən qohumlar saxlanıldı – FOTO/VİDEO 

Hazırda oxunan: İrandan Azərbaycana 61 kiloqram narkotik gətirən qohumlar saxlanıldı – FOTO/VİDEO 
191867
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Polis əməkdaşları İrandan Azərbaycana 61 kiloqram narkotik keçirməkdə şübhəli bilinən Astara sakinlərini saxlayıblar. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən Astara rayonunda keçirilən növbəti tədbir zamanı rayonun Sım kəndində yaşayan Xətai Xalıqov və qohumu Afşin Salayev saxlanılıblar. 
Onlardan və X.Xalıqovun idarə etdiyi avtomobildən tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 61 kiloqram marixuana və narkotiklərin qanunsuz dövriyyəsində istifadə etdikləri 4 ədəd bank kartı aşkarlanıb. 

Araşdırmalarla müəyyən edilib ki, saxlanılanlar şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə əlbir olaraq qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik maddələrin gətirilməsini təşkil edib və marixuananı Sım kəndi ərazisində əldə edib.

Onlar maddi qazanc əldə etmək məqsədi ilə həmin narkotikləri ayrı-ayrı şəxslərə çatdırmağı planlaşdırıblar. 

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir. 
 


İrandan Azərbaycana 61 kiloqram narkotik gətirən qohumlar saxlanıldı – FOTO/VİDEO  - foto 1
İrandan Azərbaycana 61 kiloqram narkotik gətirən qohumlar saxlanıldı – FOTO/VİDEO  - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO