Şuşada üçüncü yaşayış kompleksində 17 yaşayış binası inşa ediləcək

Şuşada üçüncü yaşayış kompleksində 17 yaşayış binası inşa ediləcək

Hazırda oxunan: Şuşada üçüncü yaşayış kompleksində 17 yaşayış binası inşa ediləcək

191445

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada inşa ediləcək üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.

Bizim.Media xəbər verir ki, Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına və birinci xanıma yeni yaşayış kompleksi barədə məlumat verib.

Bildirilib ki, Şuşa şəhərində üçüncü yaşayış kompleksinin layihəsi çərçivəsində 17 yaşayış binasının inşası nəzərdə tutulub. Kompleks ümumilikdə 487 mənzildən ibarət olacaq. Hazırda binanın layihələndirmə işləri başa çatdırılıb. Tikinti işlərinə bu ilin yayında başlanılması planlaşdırılır.

Prezident İlham Əliyev Şuşada üçüncü yaşayış kompleksinin təməlini qoyub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO