Bəzi ərazilərə yağış, Şahdağa qar yağıb - Faktiki hava

Bəzi ərazilərə yağış, Şahdağa qar yağıb - Faktiki hava

Hazırda oxunan: Bəzi ərazilərə yağış, Şahdağa qar yağıb - Faktiki hava

191207

Mayın 9-u saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib. Bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub. Şahdağda qar, Xınalıqda isə sulu qar yağıb.

Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Qar örtüyünün hündürlüyü Şahdağda 5 sm olub.Düşən yağıntının miqdarı Qəbələdə 31 mm, Kürdəmirdə 27 mm, Cəfərxanda 19 mm, Biləsuvar, İmişlidə 16 mm, Neftçala, Şamaxıda 14 mm, Qrız, Oğuzda 12 mm, Lənkəranda 11 mm, Yevlax, Göygöl, Ordubad, Qobustan, Xaltan, Şəki, Mingəçevir, Lerik, Naftalan, Qax, Tərtər, Gədəbəy, Şahbuz, Sabirabadda, Altıağac, Göyçay, Yardımlı, İsmayıllı, Astara, Naxçıvan, Sədərək, Qusar, Zərdab, Beyləqan, Gəncə, Balakən, Şərurda 8 mm-dək, Bakıda və Abşeron yarımadasında: Bakıda 2 mm, Maştağa, Sumqayıt, Neft Daşları, Binədə 1 mm-dək olub.

Naftalan, Gəncə, Şəmkir, Qrız, Biləsuvar, Lerikdə duman müşahidə olunub.Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 11-14, Naxçıvan MR-da 6-11, Aran rayonlarında 11-14, dağlıq rayonlarda 4-6 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 5 dərəcəyədək şaxta olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO