Elmira Axundova Ramiz Mehdiyevə göndərdiyi gizli məktubdan DANIŞDI: “Hər şey keçmişdə qalıb...” 

Elmira Axundova Ramiz Mehdiyevə göndərdiyi gizli məktubdan DANIŞDI: “Hər şey keçmişdə qalıb...” 

Hazırda oxunan: Elmira Axundova Ramiz Mehdiyevə göndərdiyi gizli məktubdan DANIŞDI: “Hər şey keçmişdə qalıb...” 

191038

Milli Məclisin sabiq deputatı, eks-səfir Elmira Axundova Ramiz Mehdiyevə göndərdiyi gizli məktubu barədə yayılan məlumatlara münasibət bildirib.  

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Elmira Axundova demokrat.az-a açıqlamasında geniş danışmaq istəmədiyini deyib.  

Onun sözlərinə görə, yayılan məlumatlar həqiqəti əks etdirməyir: 

“Hər şey keçmişdə qalıb, biz bu şantajçıları çoxdan udmuşuq, Ali Məhkəmə öz qərarı ilə oğlumun xeyrinə qərar çıxarıb. İş çoxdan bitib. Ona görə bu məsələyə bir də qayıtmaq istəmirəm. Məhkəmənin qərarını da sizə göndərirəm. Əgər ədalət axtarırsınızsa, Ali Məhkəmənin qərarını da çap edin”. 

Xatırladaq ki, Azərbaycanın Ukraynadakı sabiq səfiri Elmira Axundovanın Ramiz Mehdiyevə ünvanladığı, “hörmətli Ramiz müəllim, yalnız sizin oxumağınız üçündür” girişli, “siz mənim dostum və ağsaqqalımsız” sözləri ilə zəngin, hər sətri 1937-ci ilin danosunu xatırladan məktubu ortaya çıxıb. 

Gizli məktub Prezident Administrasiyasında 15244 nömrə ilə qeydiyyatdan keçib, Ramiz Mehdiyevə təqdim olunub. 

Elmira Axundovanın rus dilində yazdığı gizli məktubun tərcüməsini buradan oxuya bilərsiniz. 








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO