ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” – FOTO  

ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” – FOTO  

Hazırda oxunan: ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” – FOTO  

190725

"Füzulidə dağıntıların miqyasını, eyni zamanda yenidənqurma işlərini görəndə çox təsirləndik". 

Bizim.Media xəbər verir ki, bunu Füzuli və Şuşaya səfər edən ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi deyib. 

Səfirliyin "X" hesabındakı paylaşımda qeyd olunub ki, Mark Libbi səfər çərçivəsində ABŞ-ın Azərbaycana yardımlarından danışıb.

O qeyd edib ki, Birləşmiş Ştatlar USAID, Siyasi-Hərbi Məsələlər Bürosu, Əhali, Qaçqınlar və Miqrasiya Bürosu və bir çox digər agentliklər və beynəlxalq təşkilatlar vasitəsilə müstəqillik qazandıqdan sonra Azərbaycana 1,5 milyard dollardan çox yardım göstərib: 
"Buraya məcburi köçkün icmalarına 250 milyon dollardan çox ayrılmış yardım və minaların təmizlənməsinə dəstək üçün ayrılmış 38 milyon dollardan çox yardım da daxildir. Biz bu yardımın göstərilməsində üzərimizə götürdüyümüz öhdəliklərə sadiqiq”. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO