Mağaza sahibinin pulunu oğurlayan 53 yaşlı kişi SAXLANILDI - FOTO

Mağaza sahibinin pulunu oğurlayan 53 yaşlı kişi SAXLANILDI - FOTO

Hazırda oxunan: Mağaza sahibinin pulunu oğurlayan 53 yaşlı kişi SAXLANILDI - FOTO
190368
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qax şəhərində yerləşən mağazaların birindən oğurluq edilib. Obyekt sahibi içərisində pul, bank kartları və sənədlər olan pulqabısının oğurlanması barədə polisə məlumat verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Masallı rayon sakini, 53 yaşlı Azər Əliyev saxlanılıb.

O, əldə etdiyi maddi vəsaitin bir hissəsini xərclədiyini bildirib. Pulun qalan hissəsi və sənədlər isə saxlanılan şəxsdən aşkarlanıb.
Qeyd edək ki, A.Əliyev əvvəllər də soyğunçuluq, oğurluq və digər cinayətlərə görə dəfələrlə məhkum edilib. Sonuncu dəfə isə bir müddət əvvəl paytaxtda törətdiyi analoji əmələ görə axtarışda olub.

Məhkəmənin qərarı ilə A.Əliyev barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO