Qərbi Azərbaycan Televiziyası hansı istiqamətdə fəaliyyət göstərəcək? – Əziz Ələkbərlidən AÇIQLAMA 

Qərbi Azərbaycan Televiziyası hansı istiqamətdə fəaliyyət göstərəcək? – Əziz Ələkbərlidən AÇIQLAMA 

Hazırda oxunan: Qərbi Azərbaycan Televiziyası hansı istiqamətdə fəaliyyət göstərəcək? – Əziz Ələkbərlidən AÇIQLAMA 

189871

“Qərbi Azərbaycan Televiziyasının işə başlaması Qərbi Azərbaycan İcmasının fəaliyyətində yeni mərhələdir”.

Bizim.Media xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Qərbi Azərbaycan Televiziyasının açılış mərasimində jurnalistlərə açıqlamasında bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Qərbi Azərbaycan Televiziyasının binasının açılışı baş tutdu – FOTO 


“Çünki İcma olaraq bizim işimiz son 200 ildə Qərbi Azərbaycanda baş verənləri geniş ictimaiyyətə çatdırmaq, bu məsələləri dünya miqyasında təbliğ etməkdir.

Belə hesab edirəm ki, Qərbi Azərbaycan həqiqətləri sırasında bizim tarixi torpaqlarımızda mədəni irsimizin, folklor mühitimizin, adət-ənənələrimizin, soydaşlarımıza qarşı soyqırımıların, deportasiyanın geniş ictimaiyyətə çatdırılmasında televiziyanın böyük rolu olacaq. 

Hesab edirəm ki, erməni saxtakarlıqlarının sona qədər ifşasında, soydaşlarımızın öz ata-baba yurdlarına qayıdışında, tarixi ədalətin bərpasında Qərbi Azərbaycan Televiziyasının böyük rolu olacaq” – deyə, Əziz Ələkbərli bildirib.

Məhərrəm Əliyev, Leyla Qəhrəmanova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO