4379 şagird STEAM layihəsinə cəlb edildi - FOTO

4379 şagird STEAM layihəsinə cəlb edildi - FOTO

Hazırda oxunan: 4379 şagird STEAM layihəsinə cəlb edildi - FOTO

189363

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki 17 ümumtəhsil məktəbində 4379 şagird STEAM layihəsinə cəlb edilib.

Bizim.Media-nın yerli bürosu Regional Təhsil İdarəsinə istinadən bildirir ki,  STEAM layihəsinin məqsədi təhsilalanlarda tənqidi, yaradıcı düşüncə, əməkdaşlıq etmə və s. kimi XXI əsr bacarıqlarını formalaşdırmaqdır.

Həmçinin şagirdlərdə yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaq, fənləri inteqrativ, real problemlərin həlli istiqamətində tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirməkdir.

O da qeyd edilir ki, şagirdlərə müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltmək üçün imkanlar yaradılır.

Layihə çərçivəsində Qəbələ rayonu üzrə 567, Oğuz rayonu üzrə 247, Qax rayonu üzrə 493, Zaqatala rayonu üzrə 615, Balakən rayonu üzrə 1486, Şəki şəhəri üzrə isə 1061 şagird STEAM layihəsinə cəlb edilib. 
Təsadüfi deyil ki, bu il bölgənin 8 şagirdi buraxılış imtahanlarından maksumum nəticə ilə rekorda imza atıb, bölgələr sırasında lideyliyə yüksəlib. 










Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO