Zərifə Əliyevanın 101-ci ildönümü qeyd edilib - FOTO

Zərifə Əliyevanın 101-ci ildönümü qeyd edilib - FOTO

Hazırda oxunan: Zərifə Əliyevanın 101-ci ildönümü qeyd edilib - FOTO

189309

Aprelin 26-da  Şamaxı Rayon İcra Hakimiyyətinin və Şamaxı Rayon Mərkəzi Xəstəxanasının   birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə  tədbir keçirilib.

Bizim.Media xəbər verir ki, tədbiri giriş sözüylə açan “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru İmran Qurbanov  Akademik Zərifə Əliyevanın tibb elminə verdiyi tövhələrdən, bu sahədəki naliyyətlərindən söz açaraq bildirib ki , Akademik Zərifə Əliyevanın tədqiqatları, alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ təşkil edir. 

Görkəmli alim dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyub.


Akademik Zərifə Əliyeva səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf etmişdir. Alimin birbaşa rəhbərliyi altında alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir.  İ.Qurbanov bildirmişdir ki , fitri istedadı ilə elmin ən yüksək zirvəsinə ucalan, eləcə də xalqımız üçün gördüyü əvəzolunmaz işlərlə daim ehtiramla anılan Zərifə Əliyeva yüksək insani keyfiyyətləri ilə gələcək nəsillərə parlaq örnəkdir.

Tədbirdə həkim oftalmoloq Gülnarə Sadıqova  çıxış edərək  Zərifə xanımın həyat yolundan Zərifə Əliyevanın tibb elminə verdiyi tövhələrdən, bu sahədəki naliyyətlərindən söz açaraq bildirib ki , Zərifə xanım traxoma xəstəliyinin başlanğıc dövründə sintomisinin tətbiqində uğurlu nəticələrə nail oldu. Tədqiqatlarının yekunu olaraq 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etdi. Onun təklif etdiyi müalicə metodu tezliklə geniş  tətbiqini tapdı və nəticədə respublikada traxoma bir xəstəlik kimi aradan qaldırıldı.


Biz həkim – oftalmoloqlar bu gün də görkəmli oftalmoloq-alim, Zərifə xanımın tibb sahəsində uğurlu tədqiqatlarından bəhrələnirik.

Tədbirdə yekun nitqiylə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Azərbaycanın ictimai-siyasi həyatında iz buraxmış, görkəmli xadim Əziz Əliyevin ailəsində dünyaya göz açmış Azərbaycan xanımı, görkəmli elm xadimi, oftalmologiya sahəsinin peşəkarı, şəfqətli həkim, Ümummilli Lider Heydər Əliyevin sədaqətli ömür-gün yoldaşı və ölkəmizə müzəffər sərkərdə, lider bəxş edən qayğıkeş ana Zərifə Əliyevanın yüksək insani dəyərlərə sahib olmasından danışıb. Natiq görkəmli alimin ölkəmizdə tibbin inkişafına əhəmiyyətli töhfələr verdiyi, həkimlik etikasını daim diqqət mərkəzində saxladığı və oftalmologiya sahəsində elmi əsərləri ilə böyük təqdirlə qarşılandığını bildirərək, görkəmli alimin dəyərli ömür yolundan bəhs edib.

Təbdirdə rayon fəalları, xəstəxananın həkimləri Zərifə Əliyeva haqqında öz ürək sözlərini bildiriblər.

Daha sonra Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs edən filim nümayiş olunub.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO