22 avqust 2017 ildə Macarıstanın paytaxtı xa0Budapeştdə sayca doqquzuncu xa0beynəlxalq konfrans işə başlayıb. Konfransın adı belədir "Soft Kompütinq və sözlə, persepsiya ilə hesablamaların nəzəriyyəsi və tətbiqi" adlanan konfrans mütəmadi olaraq keçirilir. Konfransın sədri dünya çapında tanınan alim, həmyerlimiz professor Rafiq Əliyev, fəxri sədri isə nəhəng elm xadimi Lütfi Zadədir.xa0
Rafiq Əliyevin Moderator.az-a açıqlamasına əsasən, xa0konfrans yeni texnologiyaların yaradılmasına və onların müxtəlif sahələrə xa0tətbiqinə həsr olunub. Konfransda dünyanın müxtəlif ölkələrindən 100-dən çox alim və praktik mütəxəssislər iştirak edir. İştirakçılar ABŞ, Kanada, Polşa, Rusiya, Azərbaycan, Türkiyə, Kipr, İspaniya və başqa ölkələri təmsil edirlər. Beynəlxalq konfransı sədr Prof. Rafiq Əliyev açaraq öncə Prof. Zadənin təbriklərini xa0iştirakçılara çatdırıb. Konfransın ilk günündə plenar çıxışlarla Kanadadan Prof. Pedriç, ABŞ-dan Prof. Cəmşidi, Polşadan Prof. Kaspşik, Azərbaycandan Prof. Rafiq Əliyev çıxış etdilər. Konfrans daha sonra paralel seksiyalarda öz işini davam etdirib. Konfrans 2 gün davam edəcək və 100-dən çox məqalə dinləniləcəkdir.

Konfransda ilk günün iştirakçılar Prof. Zadəyə xa0- konfransın fəxri sədrinə dəstək üçün öz minnətdarlığını bildirib və təbriklərini göndərdilər. Beynəlxalq konfrans işini davam etdirir.
Elmin Nuri









































































































