Sosial şəbəkələrdə SƏS YAZISI yayılan şəxs saxlanıldı - VİDEO

Sosial şəbəkələrdə SƏS YAZISI yayılan şəxs saxlanıldı - VİDEO

Hazırda oxunan: Sosial şəbəkələrdə SƏS YAZISI yayılan şəxs saxlanıldı - VİDEO
189205
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Vətəndaşları şantaj edərək pul tələb edən şəxsin sosial şəbəkələrdə səs yazısı yayılıb.

Bizim.Media xəbər verir ki, müxtəlif səs yazılarında “Emin Qoca” ləqəbli Emin Hüseynli polis idarələrinin adından istifadə edərək insanlara hədə-qorxu gəlir.

O, telefonla danışdığı şəxsləri narkotik vasitələrin satışında ittiham etməyə çalışaraq onları şantaj edir. E.Hüseynli həmçinin külli miqdarda narkotik vasitələri öz avtomobilində daşıması barədə fikirlər səsləndirərək danışdığı şəxslərə təsir edir. Səs yazısı yayılan şəxs hansı ərazilərə nə qədər narkotik verdiyini, bunun qarşılığında nə qədər pul aldığını da qeyd edir.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov qafqazinfo.az-ın sorğusuna cavab olaraq bildirib ki, həmin şəxslə bağlı araşdırma aparılıb: “Füzuli rayon sakini olan 1995-ci il təvəllüdlü Hüseynli Emin Muğan oğlu narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün paytaxt ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə heroin aşkarlanıb. Yasamal Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir”.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO