“Euronews” telekanalı Bakı Limanı haqda VİDEOREPORTAJ hazırladı

Hazırda oxunan: “Euronews” telekanalı Bakı Limanı haqda VİDEOREPORTAJ hazırladı

188956

COP29 beynəlxalq konfransı ərəfəsində “Euronews” telekanalı Xəzər hövzəsində ilk “Yaşıl Liman” beynəlxalq statusu alan Bakı Limanı haqqında videoreportaj hazırlayıb.

Bizim.Media xəbər verir ki, videoreportajda qeyd olunub ki, 2019-ci ildən bəri Bakı Limanı ekoloji layihələrə ciddi nəzər yetirir və karbon emissiyasının 2035-ci ilə qədər sıfıra endirilməsi üçün kompleks tədbirlər həyata keçirir.

Tullantı sularının təmizlənməsi, limanda aparılan ağacəkmə kampaniyası, istifadə olunan günəş enerjisi haqda məlumat verilib. Həmçinin Bakı Limanının sosial sahədə Ələt məktəbliləri üçün həyata keçirdiyi layihələrdən biri olan “RoboPort” barədə məlumat verilib, iştirak edən şagirdlər layihə barədə fikirlərini bölüşüblər.

Bundan başqa, videomaterialda limanın korporativ sosial məsuliyyət proqramı çərçivəsinə Ələt qəsəbəsində salınan Eko Park haqqında məlumat təqdim olunub.
 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO