Sahil Babayev: "Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb"

Hazırda oxunan: Sahil Babayev: "Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb"

188926

“Bu ilin aprel ayından Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün Bakıda keçirilən biznes forumda deyib. 

Onun sözlərinə görə, Azərbaycan Macarıstana neft ixrac edir: 

"Bu ildən etibarən isə Azərbaycan qazının Macarıstana tam şəkildə təchizatına başlanılıb. Macarıstanla 100 milyon kubmetrlik müqaviləmiz var". 

S. Babayev vurğulayıb ki, Azərbaycanla Macarıstan arasında əməkdaşlığın bütün sahələri genişlənir, o cümlədən enerji əməkdaşlığı çoxşaxəlidir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO