"Məktəblinin dostu" layihəsi: Təhlükəsiz məktəb, arxayın valideyn! - VİDEO 

Hazırda oxunan: "Məktəblinin dostu" layihəsi: Təhlükəsiz məktəb, arxayın valideyn! - VİDEO 

188429

"Məktəblinin dostu" həm məktəbin, həm şagirdlərin, həm də valideynlərin dostudur. 2016-cı ildən fəaliyyət göstərən "Məktəblinin dostu" layihəsi bu tədris ilindən Gəncə, Lənkəran, Masallı və Cəlilabad şəhərlərində ümumilikdə 12 məktəbdə tətbiq olunur. 

Bizim.Media xəbər verir ki, Elm və Təhsil Nazirliyi sözügedən layihə çərçivəsində videoçarx hazırlayıb.

Beləliklə də, layihə hazırda Bakı, Sumqayıt, Abşeron da daxil olmaqla ölkə üzrə 238 məktəbi əhatə edir. 

Məktəblinin dostlarının əsas vəzifələri müəllimlər, şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə, diaqnostik işlər aparmaqdır.

Həmin videoçarxı təqdim edirik:
 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO