Peşəsi və peşəkarlığı ilə hər kəsin marağına səbəb olan GÖYÇAY SAKİNİ – REPORTAJ/FOTO   

Peşəsi və peşəkarlığı ilə hər kəsin marağına səbəb olan GÖYÇAY SAKİNİ – REPORTAJ/FOTO   

Hazırda oxunan: Peşəsi və peşəkarlığı ilə hər kəsin marağına səbəb olan GÖYÇAY SAKİNİ – REPORTAJ/FOTO   

188353

Pinəçilik sənətinin peşəkarı olan göyçaylı qadın gördüyü işə görə kişilərdən heçdə geri qalmır. Kütahi Mollayeva 15 ilə yaxındır ki, seçdiyi peşəsi ilə rayon camaatının böyük marağına səbəb olan xanımlardandır.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, müsahibimiz uzun illərdir ailəsini pinəçilik etməklə dolandırır.

Eyni zamanda o bu sənəti sevərək icra edir və yorulmur, əksinə böyük bir həvəslə qadın və kişi ayaqqablarını təmir edir. Onun rayonda özünəməxsus kiçik bir ayaqqabı sexi var ki, zərif əlləri bu işdə kobudlaşıb. Amma işinin ağırlığı Kütahi xanımı heçdə yormur, o günün əsas hissəsini bu sexdə keçirir.

Göyçay sakinlərinin sifarişi əsasında bütün növ ayaqqabılar təmir edən Kütahi Mollayeva etiraf edir ki, bu sənət qadın işi deyil. Amma nə etməli, işləməyə məcburdur. Axı o, bu işdə əldə etdiyi halal qazancla ailəsinə çörək aparır.

Adətən, kişilərin çalışdığı sahədə qadınların işlədiyini görəndə hamı təəccüblənir.

Amma o, əlini artıq ağır işə alışdıraraq, bu sənətin bütün sirlərini öyrənib. Elə bunun nəticəsidir ki, bu vaxta qədər təmir etdiyi ayaqqabılardan heç kim şikayət etməyib. Əksinə ondan razı qalanların sayı daha çoxdur.
Kütahi Mollayeva deyir ki, bu sənət ona qayınatasından və həyat yoldaşından qalıb. Vaxtilə həyat yoldaşının yanında işləməklə ayaqqabı tikməyi öyrənən pinəçi xanım hazırda öz işinin peşəkarıdır və bu qədim sənət növü olan pinəçiliyi yaşadaraq gələcək nəsillərə çatdırmağı özünə borc bilir. O, gördüyü işə görə kişi pinəçilərdən heç də geri qalmır. 

İşinə daim məsuliyyətlə yanaşan qadın pinəçinin səliqə ilə tikdiyi ayaqqabılar möhkəmliyi ilə seçilir. Pinəçi qadın ayaqqabısını təmir etdirmək istəyən, amma pulu olmayan insanları da heç vaxt ayaqyalın qoymadığını bildirir.

Qeyd edək ki, Kütahi Mollayevanın üç kiçik yaşlı oğlu da anasının bu sənətini davam etdirmək niyyətindədir.

Uşaqlar anasından bu sənətin sirlərini öyrənir, köhnə ayaqqabıları təmir etməklə təcrübə toplayırlar. Pinəçi qadın özü də istəyir ki, övladları onun yolunu davam etdirsin. O, hətta onların öz yanında şagird kimi çalışdıqlarını da deyir. Xanım pinəçinin ən böyük arzusu övladlarının da onun kimi əziyyətli və halal yolla qazanc əldə etmələridir.




























Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO