Şəki-Zaqatala bölgəsinin şagirdləri növbəti uğura imza atdılar - FOTO

Şəki-Zaqatala bölgəsinin şagirdləri növbəti uğura imza atdılar - FOTO

Hazırda oxunan: Şəki-Zaqatala bölgəsinin şagirdləri növbəti uğura imza atdılar - FOTO

188187

“Sabahın alimləri” XIII respublika müsabiqəsində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 6 şagirdi uğur əldə edib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Elm və Təhsil, Gənclər və İdman nazirlikləri və Heydər Əliyev Mərkəzinin təşkilatşılığı ilə keçirilən müsabiqədə Zaqatala şəhər akademik Zərifə Əliyeva adına texniki təmayüllü liseyin X sinif şagirdi Hacı Hacıyev və Zaqatala rayonu Əliabad qəsəbə 4 nömrəli tam orta məktəbin X sinif şagirdi Əlibali Əlibəyov birinci yeri tutaraq qızıl medala layiq görülüblər. Bundan əlavə, Balakən şəhər Nizami adına 1 nömrəli tam orta məktəbin IX sinif şagirdləri Ədibə Abbaslı və Şamil Muqumov, Qəbələ rayonunun Tüntül kənd tam orta məktəbinin X sinif şagirdləri Gülsu Mustafayeva və Rüstəm Fərziyev respublika müsabiqəsində ikinci yer tutaraq gümüş medal qazanıblar. 

Şəki şəhər kimya-biologiya təmayüllü liseyin XI sinif şagirdi Dəniz Məmmədzadə həvəsləndirici mükafatla, X sinif şagirdi Səbinə Ziyəddinova isə sertifikatla təltif olunub.

Qaliblər layiq olduğu medal və sertifikatlarla mükafatlandırılıb. 

Qeyd edək ki, bu bölgənin  8 şagirdi buraxılış imtahanlarının birinci turunda maksumum nəticə göstərib və regionlar üzrə liderliyə yüksəlib. 


Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO