Bu gün Qurban Qurbanovun doğum günüdür

Hazırda oxunan: Bu gün Qurban Qurbanovun doğum günüdür

186964

Bu gün “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun doğum günüdür.

Bizim.Media xəbər verir ki, Azərbaycan futbol tarixinin ən uğurlu simalarından biri, məşqçi kimi bir çox ilklərə imza atan mütəxəssisin 52 yaşı tamam olur.

Qurban Osman oğlu Qurbanov 13 aprel 1972-ci ildə Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub. 
Onun peşəkar karyerası doğma Zaqatalanın "Daşqın" komandası ilə başlayıb. Daha sonra karyerası "Alazani" (Gürcüstan), "Turan" (Tovuz), "Kür-Nur" (Mingəçevir), "Neftçi", "Dinamo" (Stavropol, Rusiya), "Baltika" (Rusiya), "Fakel" (Rusiya), "Neftçi", "Volqa-Qazprom" (Rusiya), "Neftçi" və "İnter" komandalarında davam edib.

1992-2005-ci illərdə Azərbaycan millisində çıxış etmiş Q.Qurbanov 68 oyuna 14 qol vurub.

O, 2008-ci ildən türkiyəli məşqçi Rasim Karanı əvəzləyərək "Qarabağ"a baş məşqçi təyin olunub.

Qurbanov bunadək 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019, 2019/2020, 2021/2022, 2022/2023, 2023/2024 mövsümlərində də “Qarabağ”ın çempionluğunun memarı olub.

2017/18 mövsümündə "Qarabağ"la Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandırmaqla Azərbaycanda bu nəticəyə imza atmış ilk və hələ ki yeganə baş məşqçi kimi tarixə düşüb.

Həmçinin “Qarabağ” futbol klubu bu mövsüm Qurbanovun başçılığı altında tarixində ilk dəfə olaraq Avropa Liqasının (UEFA Europa League) 1/8 final mərhələsində oynamaq şansı qazanıb.
Həm futbolçu, həm baş məşqçi kimi Azərbaycan kubokunu qazanan ilk mütəxəssisdir. 
2022-ci il aprelin 13-də Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan futbolunun inkişafında xidmətlərinə görə Qurban Qurbanov "Şöhrət" ordeni ilə təltif edilib.

Qurban Qurbanov evlidir, 3 övladı var.

Bizim.Media olaraq, baş məşqçini təbrik edir, ona həyat və karyerasında uğurlar arzulayırıq!

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO