Azərbaycanda bu şəxslər bütün avtobuslardan pulsuz istifadə edə bilər - RƏSMİ

Hazırda oxunan: Azərbaycanda bu şəxslər bütün avtobuslardan pulsuz istifadə edə bilər - RƏSMİ

186551

Azərbaycanda Ramazan bayramı qeyd olunur. Nazirlər Kabinetinin qərarına əsasən, ölkədə bayram və şənbə-bazar daxil olmaqla 5 gün  ardıcıl qeyri-iş günüdür.

Bəzi ölkələrdə bayram günlərinin sayı daha çoxdur. Qonşu Türkiyədə bayram münasibətilə 9 gün tətil elan olunub. Həmçinin, bayramla əlaqədar bəzi qaydalarda dəyişiklik edilib, əhalinin istirahəti üçün müəyyən güzəştlər nəzərdə tutulub. Onlardan biri isə vətəndaşların ən çox istifadə etdiyi yol və körpülər haqqındadır. Belə ki, Türkiyədə bayram tətili zamanı yol və körpülərin pulsuz olması barədə qərar qəbul edilib.

Azərbaycanda isə bununla bağlı heç bir qərar verilməyib.

Bizim.Media
bayram günləri də daxil olmaqla parklanmanın hansı hallarda pulsuz olması, nəqliyyat vasitələrindən kimlərin pulsuz istifadə edə biləcəyini araşdırıb.

İctimai nəqliyyatda 5 yaşa qədər uşaqlara görə gediş haqqı tələb olunmur.

Müddətli həqiqi hərbi xidmət qulluqçuları da sərnişin nəqliyyatının bütün növlərindən pulsuz istifadə etmək haqqına sahibdirlər. Bu, “Hərbi qulluqçuların statusu haqqında” Qanunla tənzimlənir. Bura taksi xidməti daxil deyil.

Bundan əlavə, “Polis haqqında” Qanuna görə, xidməti vəzifəsininin icrası zamanı polis əməkdaşları ölkə ərazisində sərnişin nəqliyyatının bütün növlərindən ödənişsiz istifadə edə bilərlər. 

Parlaknmaya gəlincə...

Nəqliyyat vasitələrinin parklanması üçün ilk 15 dəqiqə, həmçinin, hər gün saat 22:00-dan saat 07:00-dək pul tələb olunmur. Həmçinin, həftənin bazar günləri də parklanma pulsuzdur. Lakin istirahət günlərindən bu yalnız bazar gününə şamil edilir.

Bayram tətili günləri haqqında istisna hal və qərar qeydə alınmayıb.

Bundan başqa, yaşayış ünvanından 100 metrə məsafəsində fərdi parklanma talonu əldə etmiş sürücülər üçün də talonda qeyd olunmuş məntəqələrdə nəqliyyat vasitələrini saxlamaq pulsuzdur.

Günay Şahmar, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO