“Azəriqaz” bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq

“Azəriqaz” bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq

Hazırda oxunan: “Azəriqaz” bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq
186471
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq.

Bizim.Media xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

“Abonentlərin nəzərinə çatdırırıq ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 104 Çağrı Mərkəzinə məlumat versinlər.

Bundan başqa (+99477) 3 104 104 saylı daim aktiv rejimdə çalışan vatsap nömrəsinə də mesajlarını göndərə bilərlər.

Bayram günlərində Birliyin Bakı Regional Qazın Satışı Departamentinin (BRQSD) əməkdaşları 10.04.2024 - 14.04.2024-cü il tarixlərində saat 10:00-dan 14:00-dək BRQSD-nin inzibati binası, Xəzər və Qaradağ xidmət sahələrində xidmət göstərəcəklər.

Həmçinin 10.04.2024 - 13.04.2024-cü il tarixlərində saat 10:00-dan 14:00-dək Sabunçu və Abşeron xidmət sahələrində əsasən itirilmiş və ya zədələnmiş smart kartların bərpası, qüsurlu ödənişlərin bərpası, koda düşmüş kartların bərpası, bir sözlə abonentin qazsız qalmaması üçün ən zəruri əməlliyyatların icrası təmin ediləcək”, -deyə  məlumatda qeyd edilib.
Bununla yanaşı, “ASAN Kommunal” mərkəzləri 13.04.2024-cü il tarixindən tam şəkildə fəaliyyətinə davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO