MN: Gənc əsgərlərin ailə üzvləri və yaxınları ilə görüşü məhdudlaşdırılıb - FOTO

MN: Gənc əsgərlərin ailə üzvləri və yaxınları ilə görüşü məhdudlaşdırılıb - FOTO

Hazırda oxunan: MN: Gənc əsgərlərin ailə üzvləri və yaxınları ilə görüşü məhdudlaşdırılıb - FOTO
186447
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrası ilə bağlı Azərbaycan Ordusunun təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu prosesi davam edir.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hərbi hissələrin qəbul məntəqələrində qeydiyyatdan keçdikdən sonra çağırışçılar tibb məntəqələrində hərbi həkim komissiyası tərəfindən təkrar müayinə olunurlar. Daha sonra mövsümə uyğun hərbi geyim və digər təminat növləri ilə təmin edilirlər.
Təlim hərbi hissələrində gənc əsgərlərin hazırlığı proqramına uyğun olaraq çağırışçılarla fərdi hazırlıq məşğələləri keçirilir, onlara hərbi xidmətin xüsusiyyətləri, təhlükəsizlik qaydaları, nizamnamələrin tələbləri çatdırılır.

Ölkəmizdə mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq gənc əsgərlərin ailə üzvləri və yaxınları ilə görüşü məhdudlaşdırılıb.

Vətəndaşlardan hərbi qulluqçularımızın sağlamlığına xüsusi diqqət yetirilməsi, şəxsi heyətin respirator virus infeksiyalara yoluxma hallarının qarşısının alınması məqsədilə görülən tədbirləri anlayışla qarşılamağı və hərbi hissələrə gəlməməyi xahiş edirik.

MN: Gənc əsgərlərin ailə üzvləri və yaxınları ilə görüşü məhdudlaşdırılıb - FOTO - foto 1
MN: Gənc əsgərlərin ailə üzvləri və yaxınları ilə görüşü məhdudlaşdırılıb - FOTO - foto 2
MN: Gənc əsgərlərin ailə üzvləri və yaxınları ilə görüşü məhdudlaşdırılıb - FOTO - foto 3

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO