Energetika nazirinin yeni müavini kollektivə TƏQDİM OLUNDU - FOTO

Energetika nazirinin yeni müavini kollektivə TƏQDİM OLUNDU - FOTO

Hazırda oxunan: Energetika nazirinin yeni müavini kollektivə TƏQDİM OLUNDU - FOTO
186272
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Orxan Namiq oğlu Zeynalov energetika nazirinin müavini təyin edilib. 

Energetika Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, bu münasibətlə yeni nazir müavini energetika naziri Pərviz Şahbazov tərəfindən kollektivə təqdim edilib.

Nazirliyin aparatı və tabeli qurumların rəhbər vəzifəli şəxslərinin iştirakı ilə keçirilən görüşdə çıxış edən nazir Energetika Nazirliyinin qarşısında duran vəzifələri diqqətə çatdırıb, bu işdə yeni təyin olunmuş nazir müavininə və kollektivə uğurlar arzulayıb.

Qeyd edək ki, Orxan Zeynalov 2002 və 2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. 2003-2004-cü illərdə Pakistan Xarici Xidmət Akademiyasında xüsusi diplomatik təhsil, 2015-ci ildə isə Harvard Kennedi Məktəbində əlavə təhsil alıb. 2003-cü ildən etibarən Xarici İşlər Nazirliyində müxtəlif vəzifələri yerinə yetirmiş O.Zeynalov 2020-2022-ci illərdə Energetika Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, 2022-2024-cü illərdə isə Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi vəzifəsində çalışıb.

Energetika nazirinin yeni müavini kollektivə TƏQDİM OLUNDU - FOTO - foto 1
Energetika nazirinin yeni müavini kollektivə TƏQDİM OLUNDU - FOTO - foto 2
Energetika nazirinin yeni müavini kollektivə TƏQDİM OLUNDU - FOTO - foto 3


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO