10 martda keçirilmiş imtahanın nəticələri BU TARİXDƏ AÇIQLANACAQ 

Hazırda oxunan: 10 martda keçirilmiş imtahanın nəticələri BU TARİXDƏ AÇIQLANACAQ 

186221

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) martın 10-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. 

Bəs imtahan cavabları nə vaxt elan olunacaq? 

Bizim.Media xəbər verir ki, DİM-dən sfera.az-a verilən məlumata görə, XI sinif üzrə 10 mart tarixində keçirilmiş buraxılış imtahanının nəticələrinin 15-19 aprel tarixləri ərzində elan olunması nəzərdə tutulur. 

Qeyd edək ki, martın 10-da Dövlət İmtahan Mərkəzi (DİM) Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami rayonlarında, Sumqayıt, Naxçıvan, Gəncə, Mingəçevir, Samux, Daşkəsən, Ağstafa, Qazax, Tovuz, Sabirabad, Saatlı, İmişli, Göyçay, Ağdaş, Şamaxı, Qobustan, Masallı, Yardımlı, Lerik, Biləsuvar, Ağcabədi, Beyləqan, Füzuli (o cümlədən M.Uluqbəy adına 1 nömrəli məktəb), Ağdam, Zəngilan (Ağalı kənd tam orta məktəbi), Laçın (şəhər 2 nömrəli və Zabux kənd tam orta məktəbləri), Qax, Balakən, Zaqatala, Quba, Xızı və Qusar şəhər və rayonlarında, həmçinin xüsusi məktəblərdə (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə), tədrisi gürcü dilində olan məktəblərdə ümumtəhsil müəssisələrinin məzunları üçün tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO