Azad olunmuş rayonlarda quduzluğa qarşı peyvəndləmə tədbirləri görülüb - FOTO

Hazırda oxunan: Azad olunmuş rayonlarda quduzluğa qarşı peyvəndləmə tədbirləri görülüb - FOTO

186031

(KTN) yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş Qubadlı, Cəbrayıl, Laçın, Kəlbəcər rayonları ərazisində quduzluğa qarşı vəhşi ətyeyən heyvanlar və sahibsiz itlərdə oral immunizasiya tədbirləri həyata keçirib.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, əməkdaşlar birdəfəlik geyim, fərdi mühafizə dəstləri və avadanlıqlarla təmin olunublar. 

Oral immunizasiyanın aparılmasında əsas məqsəd xəstəliyin yayılmasının qarşısının alınması, epizootoloji sabitliyin qorunması məqsədilə xəstəliyin təbii rezervuarında yayılma zənciri qırılmasıdır.

Proses çərçivəsində meşəlik və dağlıq ərazilərə tərkibində quduzluq xəstəliyinə qarşı peyvənd vasitəsi olan aldadıcı yemlər atılıb.

Aldadıcı yem ətyeyən heyvanlar üçün cəlbedici iyə malik olan xüsusi tərkibə malik briketlərdir. Heyvanlar onu yedikdə onlarda quduzluq xəstəliyinə qarşı immunitet yaranır.

Oral immunizasiyanın ölkə ərazisində yaz və qış mövsümləri olmaqla ildə iki dəfə keçirilməsi nəzərdə tutulur. Növbəti tədbir Ağdam, Xocalı, Xocavənd, Ağdərə, Zəngilan rayonları ərazisində həyata keçiriləcək.

Hazırda ölkədə epizootoloji sabitliyin qorunması istiqamətində "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun olaraq profilaktiki tədbirlər davam etdirilir.

Qeyd edək ki, peyvənd ev heyvanları, kənd təsərrüfatı və vəhşi heyvanlar üçün zərərsizdir. Bir neçə ədəd aldadıcı yemin yeyilməsi ağırlaşmalara səbəb olmur. Peyvəndin müalicəvi xüsusiyyəti yoxdur və yalnız immunitet yaradır. Briketlər vəhşi heyvanların yaşayış areallarına yaxın hərəkət çığırlarına, sahibsiz itlər üçün isə onların populyasiyalarına uyğun yerlərə atılır.

Xatırladaq ki, quduzluq xəstəliyinə bütün növ ev və kənd təsərrüfatı heyvanları, vəhşi heyvanlar, eləcə də insanlar həssasdır. İnsanlar əsasən xəstə heyvanlarla təmas nəticəsində (dişləmə, tüpürcək, nadir hallarda göz və burunun selikli qişası) yoluxurlar. Xəstəliyin simptomları göründükdən sonra həm heyvanlar, həm də insanlar üçün ölümcül olur.
Virusun təbiətdə daima vəhşi heyvanlar arasında mövcudluğu, xəstəliyin əlamətsiz keçməsi onların rezervuar kimi təhlükəliliyinin əsas əlamətlərini təzahür edir. Bu xəstəlik Ümumi Dünya Heyvan Sağlamlığı Təşkilatının zoonoz xəstəliklər siyahısında ilk onluqda yerləşir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO