Samir Nuriyev Asiya İnkişaf Bankının Baş direktorunu COP29-a hazırlıqla bağlı məlumatlandırıb

Samir Nuriyev Asiya İnkişaf Bankının Baş direktorunu COP29-a hazırlıqla bağlı məlumatlandırıb

Hazırda oxunan: Samir Nuriyev Asiya İnkişaf Bankının Baş direktorunu COP29-a hazırlıqla bağlı məlumatlandırıb
185855
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Aprelin 5-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, COP29 üzrə Təşkilat Komitəsinin sədri Samir Nuriyev Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Regional Departamentinin Baş direktoru Yevgeni Jukov ilə görüşüb.

Bizim.Media xəbər verir ki, görüşdə Azərbaycanla Asiya İnkişaf Bankı arasında əməkdaşlıq və COP29-a hazırlıq prosesi barədə fikir mübadiləsi aparılıb.

Samir Nuriyev bu il Azərbaycanın Asiya İnkişaf Bankı ilə əməkdaşlığının 25 illiyinin tamam olduğunu bildirib və ölkəmizin bu əməkdaşlığı yüksək qiymətləndirdiyini diqqətə çatdırıb. Prezident Administrasiyasının rəhbəri ölkəmizdə yaşıl keçid gündəliyinin inkişafı istiqamətində həyata keçirilən layihələri qeyd edib.

COP29 üzrə Təşkilat Komitəsinin sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə COP29-a hazırlıq işlərinə toxunaraq ölkəmizin bu mötəbər tədbirin yüksək səviyyədə təşkil olunması istiqamətində aparılan işlər barədə həmsöhbətinə məlumat verib.
Yevgeni Jukov COP29-un ev sahibi seçilməsi münasibətilə Azərbaycanı təbrik edərək, COP29 sədrliyi tərəfindən qısa müddət ərzində görülən işlərin təqdirəlayiq olduğunu deyib. O, Asiya İnkişaf Bankının COP29-la bağlı ölkəmizlə sıx əməkdaşlıq etmək və texniki dəstək göstərmək niyyətində olduğunu bildirib.

Y.Jukov Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, yaşıl keçid sahəsində qazanılmış nailiyyətlərlə bağlı məmnunluğunu ifadə edib və Asiya İnkişaf Bankının bu prosesə töhfə verməyə hazır olduğunu vurğulayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO