Pensiya və maaşlar nə vaxt artacaq? - VİDEO 

Pensiya və maaşlar nə vaxt artacaq? - VİDEO 

Hazırda oxunan: Pensiya və maaşlar nə vaxt artacaq? - VİDEO 

185772

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev ötən gün bildirib ki, Azərbaycanda sosial islahatlar bundan sonra da davam edəcək.  

Nazir əlavə edib ki, sosial sahədə əldə olunan nəaliyyətlərlə kifayətlənmək olmaz, həyat davam etdikcə, yeni çağırışlar ortaya çıxır. O həmçinin deyib ki, minimum pensiya və əmək haqqının artırılması davam edəcək. 

Bizim.Media xəbər verir ki, ƏƏSMN yanında İctimai Şuranın sədri Elşad Məmmədov ARB TV-yə açıqlamasında artımların nə zaman baş tutacağı ilə bağlı sualı cavablandırıb. 

O bildirib ki, pensiyaların indeksləşdirilməsi prosesi orta illik inflyasiya göstəricilərinə uyğun reallaşdırılır: 

"O ki qaldı maaşlarda artımlara, bununla bağlı ilk növbədə ölkə başçısı tərəfindən sərəncamlar verilməlidir. Lakin son illər ölkə başçısı üçün bu artımlar prioritet təşkil edir. Fikrimcə, biz bu il də həmin artımların şahidi ola bilərik. Ardıcıl artımların həyata keçirilməsi müvafiq sərəncama bağlı olan məsələdir". 
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO