Çavuşoğlu:

Çavuşoğlu: "Qərb ölkələri sülh üçün Ermənistana təzyiq göstərməlidir"

Hazırda oxunan: Çavuşoğlu: "Qərb ölkələri sülh üçün Ermənistana təzyiq göstərməlidir"

185604

“Başda Fransa olmaqla, bəzi ölkələr Ermənistanı əks istiqamətə yönəldir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarəti zamanı jurnalistlərə açıqlamasında deyib. 

"Azərbaycan Qərb ölkələrinin enerji təhlükəsizliyi üçün vacib rol oynayır. Bu baxımdan Fransa başda olmaqla digər Avropa dövlətləri Ermənistana sülh üçün təzyiq göstərməlidir. Biz bunu dəfələrlə Fransız nümayəndələrinə demişik. Ermənistanı başqa yolla dəstəkləməyə çalışmasınlar. Unutmasınlar ki, can Azərbaycan heç vaxt yalnız deyil”, - o bildirib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO