DİN Qubada əməliyyat KEÇİRDİ: 51 nəfər saxlanıldı – FOTO  

DİN Qubada əməliyyat KEÇİRDİ: 51 nəfər saxlanıldı – FOTO  

Hazırda oxunan: DİN Qubada əməliyyat KEÇİRDİ: 51 nəfər saxlanıldı – FOTO  

185336

Qubada mart ayında keçirilən əməliyyatlarla 8 kiloqram narkotik vasitə və 7 ədəd odlu silah aşkarlanıb. 

Bizim.Media DİN-in Mətbuat xidmətinin Quba regional qrupuna istinadən xəbər verir ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son mart ayı ərzində rayon ərazisində keçirilən əməliyyatlarla narkotiklərin dövriyyəsi ilə məşğul olan, eləcə də qanunsuz silah saxladıqlarına görə 51 nəfər saxlanılıb. 

Qanunsuz dövriyyədən 8 kiloqram müxtəlif növ narkotik vasitə və psixotrop maddə çıxarılıb. 

Bundan başqa, əməliyyat yolu ilə 6 “Kalaşnikov” avtomatı, 1 tapança, 3 patron darağı və 23 ədəd patron aşkarlanıb. 

Faktlarla bağlı araşdırmalar davam etdirilir. 


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO