DSX-də Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbirləri keçirilib - FOTO

DSX-də Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbirləri keçirilib - FOTO

Hazırda oxunan: DSX-də Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbirləri keçirilib - FOTO

184906

Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbirləri keçirilib.

Xidmətin Mətbuat Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, tədbirdə Ulu Öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmana əsasən martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü kimi hər il dövlət səviyyəsində qeyd olunmasının əhəmiyyəti və ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımı hadisələrinin dünya ictimaiyyətinə çatdırılması sahəsində Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin gördüyü işlər haqqında geniş məlumat verilib.

Struktur qurumların şəxsi heyətinin Dövlət Sərhəd Xidmətinin Aparatında yerləşən “Siyasi repressiya qurbanları” muzeyinə ekskursiyaları təşkil edilib.

Repressiya illərində bolşeviklərin siyasi məhbuslarla davranması barədə ziyarətçilərə geniş məlumat verilib, muzeydə saxlama kameraları, karserlər, dindirilmə və güllələnmə otaqları nümayiş etdirilib.

Anım tədbirlərində soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər azərbaycanlılara qarşı törədilən soyqırımı siyasətinin ermənilər tərəfindən planlı şəkildə həyata keçirildiyini və onların azərbaycanlıları öz doğma torpaqlarından çıxarmaq, fiziki cəhətdən məhv etmək yolu ilə mifik “böyük Ermənistan dövləti” yaratmaq niyyətində olduqlarını xüsusi vurğulayıblar.
Keçirilən tədbirlərin sonunda şəxsi heyətə azərbaycanlıların soyqırımına həsr olunmuş “Unudulmayan tarix” sənədli filmi nümayiş etdirilib.














Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO