Bakıda 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək – FOTO  

Bakıda 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək – FOTO  

Hazırda oxunan: Bakıda 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək – FOTO  
184732
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gündən 12 müntəzəm marşrut xətti üzrə 181 avtobus “Gənclik” metrostansiyasının yanında yaradılan yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək. 

Bizim.Media bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir. 

Xatırladaq ki, nazirlik yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) əhaliyə keyfiyyətli ictimai nəqliyyat xidmətlərinin göstərilməsi məqsədilə “Gənclik” metrostansiyasının yanında sərnişinlərin rahat gediş-gəlişinin təmin edilməsi üçün yeni nəqliyyat mübadilə mərkəzi yaradıb.

Tofiq Bəhramov adına Respublika Stadionunun qarşısında müvafiq nəqliyyat infrastrukturu qurulub. Müntəzəm marşrut avtobusları üçün dayanacaq məntəqələri quraşdırılıb.

Dayanacaqda marşrut sxemi və lövhələr yerləşdirilib. İşıq dirəkləri yeniləri ilə əvəzlənib, yeni yol salınıb, yol nişanları quraşdırılıb və nişanlanma xətləri çəkilib. Avtobusların hərəkət etməsi üçün təhlükəsizlik adacığında zolaq təşkil olunub. “Gənclik Mall” ticarət mərkəzinin yeraltı parkinqinin girişində svetofor quraşdırılıb. 
Yeni hab sərnişinlərin rahatlığı və təhlükəsizliyi, avtobuslar üçün nəqliyyat şəraitinin yaxşılaşdırılması ilə yanaşı, Fətəli Xan Xoyski küçəsində yaranan sıxlıq və tıxac hallarının azaldılmasına da töhfə verəcək. 

Bakıda 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək – FOTO   - foto 1
Bakıda 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək – FOTO   - foto 2
Bakıda 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək – FOTO   - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO