Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR 

Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR 

Hazırda oxunan: Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR 
184586
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir. 

Bizim.Media xəbər verir ki, bu barədə “trend.az”a İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. 

2024-cü ilin fevral ayında şadlıq saraylarında sifarişlərin sayı cəmi 2.1 faiz artıb. Eyni zamanda, şadlıq saraylarında fevral ayında qiymətlər 3.8 faiz artıb. 
Xüsusən 40 manatadək olan menyularda qiymət daha çox artıb - 5.1 faiz. Qiyməti 40-80 manat olan menyuların qiyməti 2.6 faiz yüksəlib. Dəyəri 100 manatdan çox olan menyuların qiymətində də 3.7 faiz artım qeydə alınıb. 

Qeyd edək ki, 2024-cü ilin fevral ayında istehlak qiymətləri indeksi 2023-cü ilin fevral ayına nisbətən 100,8 faiz, o cümlədən, qida məhsulları, içkilər və tütün məmulatları üzrə 99,7 faiz, qeyri-qida məhsulları üzrə 101,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,3 faiz təşkil edib. 2024-cü ilin fevral ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,6 faiz, yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,3 faiz olub. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO