Azərbaycanda 12 min məktəbli kibertəhlükəsizlik qaydaları barədə məlumatlandırılacaq

Azərbaycanda 12 min məktəbli kibertəhlükəsizlik qaydaları barədə məlumatlandırılacaq

Hazırda oxunan: Azərbaycanda 12 min məktəbli kibertəhlükəsizlik qaydaları barədə məlumatlandırılacaq
184485
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və Elm və Təhsil Nazirliyinin “Məktəblinin Dostu” layihəsi arasında Anlaşma Memorandumu imzalanıb.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, məqsəd “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanuna və “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiya”nın 8.8.2.2-ci yarımbəndinə əsasən, uşaqların internetdən təhlükəsiz istifadə imkanlarının möhkəmləndirilməsi üçün maarifləndirmə tədbirlərinin intensiv həyata keçirilməsidir. 

Bununla da ETX daha geniş auditoriyaya çatmağı, həmçinin məktəblilərin kibertəhlükələr və onlayn risklər haqqında məlumatlılığının artırılmasına nail olmağı planlaşdırır.

Layihə çərçivəsində Bakı və Abşeron üzrə 66, bölgələr üzrə isə 11 məktəbdə kibertəhlükəsizlik qaydaları ilə bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi nəzərdə tutulur.
Bu tədbirlər çərçivəsində ümumilikdə 12 min məktəblinin kibertəhlükəsizlik qaydaları və onlayn risklər barədə məlumatlandırılması hədəflənir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO