Saxlanılan Alı Əliyev sabiq Quru Qoşunları Komandanının “sağ əli” olub – ÖZƏL 

Saxlanılan Alı Əliyev sabiq Quru Qoşunları Komandanının “sağ əli” olub – ÖZƏL 

Hazırda oxunan: Saxlanılan Alı Əliyev sabiq Quru Qoşunları Komandanının “sağ əli” olub – ÖZƏL 

183570

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mühasibi vəzifəsində qulluq keçmiş Əliyev Alı İsrayıl oğlu barəsində həbs qətimkan tədbiri seçilib.

Hərbi Prokurorluğun yaydığı məlumata görə, Əliyev Alı İsrayıl oğlu haqqında vəzifəli şəxs kimi təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrin icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə özü və üçüncü şəxslər üçün birbaşa və şəxsən külli miqdarda maddi neməti rüşvət istəməsinə və almasına əsaslı şübhələr yaranıb. Onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə ittiham elan olunub.

Alı Əliyev kimdir?

Bizim.Media-nın etibarlı mənbədən əldə etdiyi məlumata görə, saxlanılan Əliyev Alı İsrayıl oğlu bir müddət öncə Quru Qoşunlar Komandanı vəzifəsindən azad edilən general-leytenant Ənvər Əfəndiyevin “sağ əli” olub.
 

MÖVZU İLƏ BAĞLI:

Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi həbs olundu - RƏSMİ


Alı Əliyevlə yanaşı, Ənvər Əfəndiyevin də Quru Qoşunları Komandanı olduğu müddətdə bir sıra qanunsuzluqlara yol verdiyi bildirilir.

Xatırladaq ki, 23.07.2021-ci il tarixdə müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı vəzifəsinə təyin edilən Ənvər Əfəndiyev 11.01.2024-cü il tarixində vəzifəsindən azad edilib. 

Həmin tarixdə ölkə başçısının sərəncamı ilə həmin vəzifəyə general-leytenant Hikmət Mirzəyev təyin edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO