Şəkidən Bakıya külli miqdarda narkotik gətirmək istəyən kuryer saxlanıldı - FOTO 

Şəkidən Bakıya külli miqdarda narkotik gətirmək istəyən kuryer saxlanıldı - FOTO 

Hazırda oxunan: Şəkidən Bakıya külli miqdarda narkotik gətirmək istəyən kuryer saxlanıldı - FOTO 
183090
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə xaricdə yaşayan narkotacirlər tərəfindən ölkəyə göndərilən külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsinin qarşısı alınıb. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya bildirilib ki, görülən tədbirlər nəticəsində Şəmkir rayon sakini, əvvəllər də soyğunçuluq və Rusiya Federasiyasında oğurluğa görə dəfələrlə məhkum olunmuş Şirxan Muxtarov saxlanılıb. 

Ondan 7 kiloqram marixuana, 600 qram heroin, yarım kiloqram psixotrop maddə metamfetamin və 120 ədəd metadon həbi aşkar edilib.
Araşdırmalar zamanı Şirxan Muxtarovun Şəki rayonuna gələrək burada gizlədilən narkotik vasitələri pul qarşılığında Bakı şəhərinə aparmağa razılaşdığı məlum olub. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. 

Şəkidən Bakıya külli miqdarda narkotik gətirmək istəyən kuryer saxlanıldı - FOTO  - foto 1
Şəkidən Bakıya külli miqdarda narkotik gətirmək istəyən kuryer saxlanıldı - FOTO  - foto 2
Şəkidən Bakıya külli miqdarda narkotik gətirmək istəyən kuryer saxlanıldı - FOTO  - foto 3
Şəkidən Bakıya külli miqdarda narkotik gətirmək istəyən kuryer saxlanıldı - FOTO  - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO