Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan Bizim.Media-ya bildirilib ki, Günəş fəallığı orta səviyyədə olub.
Alışmalar nəticəsində fasilələr, radioalışmalar baş verib. Bir neçə tac kütlə atılmaları (TKA) qeydə alınıb. Günəşin səthində 77 ləkə müşahidə olunur, Yer istiqamətində kiçik tac dəliyi qeyd edilir.
Hazırda Günəş küləyinin sürəti normaldır (389 kilometr/saniyə). Geomaqnit qasırğası baş verməyib.
Martın 11-dən 17-dək C sinif alışmanın baş verməsi ehtimalı 80 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 25 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5 faiz təşkil edir. Günəş küləyinin sürətinin martın 11-12-də bir qədər artacağı sonra isə normala dönəcəyi gözlənilir.
Geomaqnit sahəsinin martın 11-12-də tac dəliyindən çıxan yüksəksürətli zərrəciklər selinin təsiri ilə qeyri-sabit və sakit səviyyələrdə olacağı gözlənilir. Martın 13-də isə TKA-nın təsiri ilə G1 (zəif) səviyyəsinə yüksəlməsi ehtimalı var.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:11 / 11.03.2024
Kosmik hava proqnozu AÇIQLANDI
Hazırda oxunan: Kosmik hava proqnozu AÇIQLANDI
Hazırda oxunan: Kosmik hava proqnozu AÇIQLANDI
182068
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.