Cəbrayıl qəzasında ölən və xəsarət alanların kimliyi BİLİNDİ 

Cəbrayıl qəzasında ölən və xəsarət alanların kimliyi BİLİNDİ 

Hazırda oxunan: Cəbrayıl qəzasında ölən və xəsarət alanların kimliyi BİLİNDİ 

181833

Cəbrayıl rayonunun Marallı kəndində baş verən ağır yol nəqliyyat hadisəsi nəticəsində həlak olan və yaralananların kimliyi məlum olub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, avtoqəza nəticəsində həlak üç nəfər Tovuz rayon sakinləridir. 
 

MÖVZU İLƏ BAĞLI:

Cəbrayılda qəza olub, 3 nəfər ölüb - FOTO


Onlar Tovuzun Cilovdarlı kənd sakini, 1992-ci il təvəllüdlü Əliyev Etibar Fərhad oğlu, Çaxırlı kənd sakini, 1999-cu il təvəllüdlü Mehtiyev Mehdi Vüqar oğlu və Tovuz şəhər sakini, 2001-ci il təvəllüdlü Cəfərov Əli Elşən oğludur.

Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alaraq Füzuli mərkəzi rayon xəstəxanasına yerləşdirilən şəxslər isə Xırdalan şəhər sakini, 1993-cü il təvəllüdlü Cabbarlı Turan Fuad oğlu, Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Fərzəli Üzeyir Faiq oğlu və Laçın rayon sakini, 2000-ci il təvəllüdlü Məhərrəmov Elvin Natiq oğludur.

Xatırladaq ki, avtoqəza bu gün Cəbrayıl rayonunun Marallı kəndində qeydə alınıb.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO