Xaçmazdakı “Türk şəhidliyi”ndə arxeoloji araşdırmalar aparılacaq – ÖZƏL – FOTO/VİDEO 

Xaçmazdakı “Türk şəhidliyi”ndə arxeoloji araşdırmalar aparılacaq – ÖZƏL – FOTO/VİDEO 

Hazırda oxunan: Xaçmazdakı “Türk şəhidliyi”ndə arxeoloji araşdırmalar aparılacaq – ÖZƏL – FOTO/VİDEO 

181131

Xaçmazın Pirquluoba kəndindəki "Türk şəhidliyi"nin baxımsız vəziyyətdə olduğu ilə bağlı xəbər vermişdik. Belə ki, 2023-cü il noyabrın 15-də saytımızda dərc olunan məqalədə məzarlığın uzun illərdir sakinlər tərəfindən qorunduğu qeyd olunmuşdu. Əhalinin əsas şikayəti isə tarixi məzarlıqla bağlı elmi araşdırmaların aparılmaması idi.
 

MÖVZU İLƏ BAĞLI:

Xaçmazdakı “Türk Şəhidliyi” nə vaxt təmir olunacaq? – ARAŞDIRMA/FOTO


Mövzu ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanlamışdıq. Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Xaçmaz rayonunun Pirquluoba kəndində “Türk şəhidliyi” adlanan məzarlıqda arxeoloji tədqiqat işlərinin aparılması və ərazinin qorunması ilə bağlı müvafiq məktuba aidiyyəti üzrə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində baxılıb.


Artıq Dövlət Xidməti tərəfindən ərazinin tarixi və arxeoloji əhəmiyyətinin müəyyən olunması üçün tədqiqat işlərinin aparılması məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutuna rəsmi müraciət göndərilib.

Pirquluoba və Qoçaqlı kəndinin sakinləri isə qeyd ediblər ki, bir əsrdən çoxdur qoruyub saxladıqları "Türk şəhidliyi" məzarlığında geniş miqyaslı arxeoloji qazıntı işlərinə başlanılacağı günü səbrsizliklə gözləyirlər.









Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO