Dərman idxalı ilə məşğul olanlara XƏBƏRDARLIQ EDİLDİ

Dərman idxalı ilə məşğul olanlara XƏBƏRDARLIQ EDİLDİ

Hazırda oxunan: Dərman idxalı ilə məşğul olanlara XƏBƏRDARLIQ EDİLDİ
181083
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dərman vasitələrinin idxalı ilə məşğul olan hüquqi və fiziki şəxslərə xəbərdarlıq edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) məlumat yayıb.

Bildirilib ki, “Dərman vasitələri haqqında” qanuna 14 iyul 2023-cü il tarixli № 979-VIQD nömrəli edilən dəyişikliklərə əsasən, dərman vasitələrinin Azərbaycana idxalına icazənin verilməsindən imtina halları müyyən edilib.

Qanunun 9-1.16.2-ci maddəsinə görə, bu hallardan biri, idxal olunan dərman vasitələri (dövlət qeydiyyatı məqsədilə idxal edilən, sərgidə nümayiş etdirilmək üçün nəzərdə tutulan, nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri istisna olmaqla) dövlət reyestrinə daxil edilmədikdə və ya dərman vasitələrinin idxalına icazə verilənədək dövlət qeydiyyatının qüvvədə olma müddəti bitdikdə dərman vasitələrinin idxalına icazənin verilməsindən imtina qərarının qəbul edilməsidir.
Yəni, idxala icazə verilən günə ölkəyə idxal olunan dərman vasitəsinin dövlət reyestrində olması zəruridir. Bu o deməkdir ki, AEM tərəfindən idxala icazə məktubu verilən günə qeydiyyat vəsiqəsi qüvvədə olmalıdır. Əks halda idxala icazə verilməyəcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO