Sənədsiz evlər bələdiyyələrdə necə qeydiyyata alınacaq? – AÇIQLAMA 

Sənədsiz evlər bələdiyyələrdə necə qeydiyyata alınacaq? – AÇIQLAMA 

Hazırda oxunan: Sənədsiz evlər bələdiyyələrdə necə qeydiyyata alınacaq? – AÇIQLAMA 
180607
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Bakıda 40-dan artıq qəsəbə var və qəsəbələrin də hərəsində 40 mindən artıq insan yaşayır, orada vahid bələdiyyələr formalaşacaq”. 

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov komitənin bu gün keçirilən iclasında deyib. 

Qeydiyyatsız evlərlə bağlı məsələyə toxunan komitə sədri bildirib ki, “Bələdiyyə seçkiləri haqqında” qanunda seçki məcəlləsində həm vətəndaşlığı olmayan, həm də 6 ay bir ərazidə yaşayan şəxslər səsvermə hüququna malikdir. 
"Qeydiyyat məsələsi hər yerdə qaldırılıb. Bilirsiniz ki, Bakı və ətraf qəsəbələrdə xeyli sayda sənədsiz evlər var. Qəsəbələrdə 3000-dən artıq yaşayış massivi mövcuddur ki, orada vahid bələdiyyələr formalaşacaq. Gələcəkdə də onların sayı artdıqca ancaq bələdiyyə üzvlərinin sayında artım ola bilər. Mənzillərin çoxluğu və ya azlığı məsələni həll etmir. Çünki Bakıda 40-dan artıq qəsəbə var və qəsəbələrin də hərəsində 40 mindən artıq insan yaşayır. Orada da vahid bələdiyyələr formalaşacaq", - deyə o, əlavə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO